"Çelsi" kapitanı Ris Ceymsin müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, onun sözləşməsi 2032-ci ilin yayına qədər artırılıb.

Bu barədə "zadəganlar"ın rəsmi saytı məlumat yayıb.

R. Ceyms 7 yaşından bəri "Çelsi"nin üzvüdür. O, əsas komandanın heyətində 225 oyuna çıxıb və 16 qol vurmağı bacarıb.