"Oklahoma Siti Tander"ın ulduzu Şey Qilces-Aleksandr, "Boston Seltiks" üzərində qazanılan 104:102 hesablı qələbədə 35 xal toplayaraq ardıcıl 127-ci oyunda 20+ xal toplamağı bacarıb.
Offsideplus.az xəbər verir ki, bununla da o, əfsanəvi Uilt Çemberlenə məxsus olan (126 oyun) tarixi rekordu yeniləyib.
ŞQA rekordu 3-cü periyodda atdığı iki xallıq atışla qırıb.
O, oyunu 35 xal, 9 asist və 6 ribaundla tamamlayıb. 2024-cü ilin noyabrından başlayan bu seriya ərzində o, orta hesabla 35.5 xal toplayıb.
Oyunun taleyini son saniyədə Çet Holmqrenin sərbəst atışları həll edib. Bu, Oklahomanın ardıcıl 7-ci qələbəsidir.
Kanadalı basketbolçu yeni rekordu barədə bunları deyib:
"Bütün rekordlar gözəldir, amma qalib gəlməsən, heç bir mənası yoxdur. Əsas hədəfim çempionluq kubokunu qaldırmaqdır".


