Formula 1-də mövsümün ikinci yarışı Çində keçirilir.

Offsideplus.az xəbər verir ki, az əvvəl sprint yarışının kvalifikasiyası baş tutub.

"Mersedes" Avstraliyada qaldığı yerdən Çində davam edir.

Komandanın pilotu Corc Rassell yenə hamını qabaqlayıb. İkinci yeri onun komanda yoldaşı Kimi Antonelli tutub.

Sabahkı sprint yarışına 3-cü yerdən isə son çempion Lando Norris başlayacaq.

İlk onluq belədir:

4. Lyuis Hemilton ("Ferrari")

5. Oskar Piastri ("Maklaren")

6. Şarl Lekler ("Ferrari")

7. Pyer Qazli ("Alpin")

8. Maks Ferstappen ("Red Bull")

9. Oliver Bermən ("Haas")

10. İsak Hacar ("Red Bull")

Qeyd edək ki, sprint sabah Bakı vaxtı ilə səhər saat 07:00-da başlayacaq.