İngiltərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Liverpul" ötən gecə "Nyukasl"la qarşılaşıb.
Mersisayd təmsilçisi 4 oyundur Premyer Liqada qələbə qazana bilmirdi.
Bu matçda da hesabı "Nyukasl" açıb. Entoni Qordon fərqlənib.
"Liverpul" geridönüş etməyi bacarıb və nə az, nə çox düz 4 qol vurub.
Bu qələbə ilə onlar xalını 39 edib. "Nyukasl" isə 33 xalda qalıb.
Görüşün qollarını sizə təqdim edirik:


