Misli Premyer Liqasında XVIII tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Neftçi" "Araz-Naxçıvan"ın qonağı olacaq.

Bu qarşılaşmanı iki ukraynalı mütəxəssisin qarşıdurması da adlandırmaq olar.

Yuri Vernidub və Andrey Demçenko Azərbaycanda ilk dəfə üz-üzə gələcək.

Tərəflər arasındakı ilk oyun heç-heçə başa çatmışdı - 2:2.

Misli Premyer Liqası, XVIII tur

1 fevral (bazar)

16:00. “Araz - Naxçıvan” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov

VAR: Vüqar Həsənli

AVAR: Cəmil Quliyev

"Liv Bona Dea Arena"