“Arsenal” “Real Madrid”in ulduz futbolçusu Arda Güleri heyətinə qatmaqda israrlıdır.

Offsideplus.az “Fanatik”ə istinadən xəbər verir ki, London klubu “Real Madrid”ə yarımmüdafiəçisinin transferi üçün 100 milyon avro məbləğində təklif göndərib. 

Klub prezidenti Florentino Peres isə 20 yaşlı futbolçunu heyətdə saxlamaq istəyir.

Qeyd edək ki, bundan öncə “Paris Sen-Jermen”klubunun da Arda Güler üçün nümayəndə göndərdiyi bildirilmişdi.