“Roma” klubu Endi Robertsonun “Tottenhem”ə keçidi baş tutacağı halda, Kostas Tsimikası yenidən “Liverpul”a qaytarmağa yaşıl işıq yandırıb.

Offsideplus.az xəbər verir ki, Tsimikasla “Roma” arasındakı proses artıq yekunlaşmaq üzrədir və “Liverpul” sol cinah müdafiəçisini geri qəbul etməyə hazırdır.

Qeyd olunur ki, müqavilədə rəsmi geri çağırma (recall) maddəsi olmasa da, klublar arasında birbaşa danışıqlar aparılır. Transferin yaxın vaxtlarda rəsmiləşə biləcəyi bildirilir.