Azərbaycan Basketbol Liqasında (ABL) bu gün iki oyun baş tutacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Quba" "Lənkəran"ı qəbul edəcək.
Görüş Quba Olimpiya Kompleksində, saat 15:00-da start götürəcək.
Digər oyunda isə "Sərhədçi" və "Naxçıvan" üz-üzə gələcək.
Bu matç isə "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da başlanacaq.


