Çempionlar Liqasının Liqa mərhələsində son 1 matçı qalan "Qarabağ"ı İngiltərə səfəri gözləyir. 

Offsideplus.az "Football Meets Data" portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin "Liverpul" üzərində qələbə şansı cəmi 3%-ə bərabərdir. "Liverpul" - "Qarabağ" oyununda 8% göstərici ilə heç-heçə gözlənilir. 89% proqnoz ilə isə Mersisayd təmsilçisi qalib gələcək.  

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri "Liverpul" ilə 29 yanvar Bakı vaxtı ilə saat 00:00-da qarşılaşacaq.