Braziliya Futbol Federasiyası və məşqçi Karlo Ançelotti arasında müqavilənin 2030 Dünya Kuboku qədər uzadılması ilə bağlı razılıq əldə edilib.

Offsideplus.az xəbər verir ki, tərəflər yeni müqaviləni fevral ayında rəsmiləşdirməyi planlaşdırırlar.

Bu addım Ançelottinin rəhbərliyi altında Braziliya millisinin davamlı və sabit inkişaf strategiyasını təmin etmək məqsədini daşıyır.