“Barselona” klubunda prezidentliklə bağlı keçid dövrü başlayır.
Offsideplus.az xəbər verir ki, klubun nizamnaməsinə əsasən, prezident seçkiləri mart ayında keçirilsə də, yeni prezident yalnız iyul ayından etibarən vəzifəsinin icrasına başlayacaq.
Bu müddət ərzində klubun idarəçiliyi Rafa Yustenin üzərinə düşəcək. O, fevral–iyul ayları arasında “Barselona”nın müvəqqəti prezidenti kimi fəaliyyət göstərəcək.
İyul ayında isə ya hazırkı prezident Xoan Laporta yenidən seçilərək vəzifəsinə qayıdacaq, ya da yeni namizəd rəsmi olaraq postu təhvil alacaq.
Qeyd edək ki, bu keçid mexanizmi klubun idarəetməsində fasilə yaranmaması və sabitliyin qorunması məqsədi daşıyır.


