Almaniya 2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Kubokunda iştirakdan imtina ehtimalını müzakirə edir.
Offsideplus.az xəbər verir ki, əgər ABŞ Qrenlandiyaya hərbi müdaxilə edərsə, Almaniya tərəfi bunu ciddi siyasi addım kimi qiymətləndirə və turniri boykot etməyi gündəmə gətirə bilər.
Qeyd olunur ki, bu məsələ hələlik siyasi dairələrdə müzakirə olunur və Almaniya hökuməti və ya Almaniya Futbol Federasiyası (DFB) tərəfindən rəsmi qərar qəbul edilməyib.
Xatırladaq ki, 2026 Dünya Kuboku ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək.


