"Çelsi" yarımmüdafiə xəttini Duqlas Luislə gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" braziliyalı futbolçunu icarəyə götürməyə planlaşdırır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, hazırda icarə əsasında "Nottingem Forest"də çıxış edir. Onlar braziliyalının gedişinə mane olmayacaq.

D. Luis müqavilə ilə məxsus olduğu "Yuventus"a qayıdacaq və buradan yeni komandasına yollanacaq.

"Aston Villa" da sabiq futbolçusunu qaytarmaqda maraqlıdır.