Misli Premyer Liqasında qış fasiləsi başa çatıb.

Offsideplus.az xəbər verir ki, bu gün XVII tura start verilib.

Açılış matçında "İmişli" "Araz-Naxçıvan"ı qəbul edib.

Görüşdə heç-heçə qeydə alınıb - 2:2.

Bu oyun Andrey Demçenkonun Muxtar Respublika komandasında debüt oyunu olub.

"Araz-Naxçıvan" 27 xalla 5-ci, "İmişli" isə 18 xalla 9-cu yerin sahibidir.

Misli Premyer Liqası, XVII tur

23 yanvar (cümə)

14:30 “İmişli” – “Araz-Naxçıvan” 2:2

Qollar: Juninyo, 5, Dioqo Almeyda - Şarl Boli, 15, Ramon Maçado, 90+1.

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 94. Rafael Vieqaş 29. Edvin Banqera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr (Juninyo)

Baş məşqçi: Jorj Kaşkilya

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 5. Slavik Alxasov 8. Coşqun Diniyev 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli

Baş məşqçi: Andrey Demçenko

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Asif Əliyev

Quba OİK stadionu