"Avstraliya Open" tennis turnirində mübarizə davam edir.

Offsideplus.az xəbər verir ki, Zeynep Sönmez 3-cü turda qazax Yuliya Putintseva ilə qarşılaşıb.

Putintseva görüşdən qələbə ilə ayrılıb - 6:3, 6:7 (3), 6:3.

Beləliklə, Z. Sönmez üçün turnir başa çatıb. O, "Avstraliya Open" turnirində 3-cü tura yüksəlməyi bacaran ilk türkiyəli tennisçi olub.

Favoritlərdən Karlos Alkaras və Arina Sabalenka isə yoluna davam edir.

Alkaras 3-cü turda Korenten Muteni məğlubiyyətə uğradıb. O, rəqibinə cəmi 7 xal verib - 6:2, 6:4, 6:1.

Sabalenka isə Anastasiya Potapovanı çətinliklə məğlub edib - 7:6 (4), 7:6 (7).