Voleybol üzrə qadınlar arasında keçirilən Yüksək Liqanın 10-cu turunda "DH Volley" "Abşeron"la qarşılaşır.
Offsideplus.az xəbər verir ki, sonuncu turda "Milli Aviasiya Akademiyası"nı 3:0 hesabı ilə məğlub edən "DH Volley" bu dəfə "Abşeron"la üz üzə gəlir.
Görüş saat 18:00-da AVF-nin idman zalında baş tutacaq.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Turan" 24 xalla birinci, "DH Volley" isə 18 xalla ikinci yerdədir.


