"Bizim oyuna gəlincə, hər şey aydındır".

Offsideplus.az xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Quba"ya məğlub olduqları oyundan sonra deyib.

O, sözlərinə belə davam edib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Sonuncu periyodda "Quba"nın gənc oyunçularını parketdə görmək çox xoş idi, onlar özlərini layiqincə göstərdilər. Son dərəcə məhdud heyətlə ardıcıl dördüncü oyunu keçirməyimiz öz təsirini göstərir. Normal məşq prosesi yoxdur və oyunçular çox böyük yük altındadırlar. Aydındır ki, artıq yığılmış yorğunluq da öz sözünü deyir. Kapitan Orxan Abbasovun “Naxçıvan”la oyunda ayağında problemi olmuşdu, indi də eyni səbəbdən bizə kömək edə bilmədi. Növbəti oyunlarla bağlı onun vəziyyəti hələlik bəlli deyil”.