Səudiyyə Ərəbistanı Liqasının klubları transfer siyasətində strateji dəyişiklik etməyə başlayıb.
Offsideplus.az xəbər verir ki, liqa rəhbərliyi və klublar bundan sonra daha gənc futbolçuların transferinə üstünlük verməyi planlaşdırır.
Bu məqsədlə Səudiyyə klublarının mövsüm ərzində mərkəzləşdirilmiş fondlardan 2 milyard avroyadək vəsait istifadə etməyə hazır olduğu bildirilir. Hədəf uzunmüddətli perspektivdə liqanın idman səviyyəsini yüksəltmək və gənc ulduzlar üzərindən davamlı inkişaf modelini qurmaqdır.
Yaşlı və təcrübəli futbolçuların transferi isə əsasən yeni auditoriya cəlb etmək və ya mövcud bazarları qorumaq məqsədi daşıyacaq. Məsələn, Kriştiano Ronaldonun mümkün gedişindən sonra Portuqaliya bazarının saxlanılması üçün Bruno Fernandeş kimi futbolçuların cəlb olunması bu strategiyanın bir hissəsi kimi qiymətləndirilir.


