Səudiyyə Ərəbistanı Kriştiano Ronaldonun ölkədən ayrılmasının qarşısını almaq üçün onu futbolçu yox, klub sahibi kimi saxlamağı nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, tərəflər “Əl-Nəsr” klubunda Ronalduya məxsus olan 15 faizlik payın artırılması variantını müzakirə edirlər.

Bu addımın əsas məqsədi portuqaliyalı ulduzun gedişi halında Səudiyyə Pro Liqasına olan qlobal marağın kəskin azalmasının qarşısını almaqdır. Rəhbərlik Ronaldonun liqa və ölkə üçün kommersiya və marketinq baxımından əhəmiyyətini yüksək qiymətləndirir və onun futboldan sonra da layihənin bir hissəsi qalmasını istəyir.