“Barselona”nın idman direktoru Deku dünən Barselonada Fermín Lopesin agentləri ilə görüş keçirib.
Offsideplus.az xəbər verir ki, görüşün əsas məqsədi gənc futbolçunun müqaviləsinin uzadılması olub.
Klub rəhbərliyi Fermínin böyük potensialının fərqindədir və onu digər klubların marağından qorumaq istəyir. Bu səbəbdən “Barselona” rəhbərliyi futbolçu ilə uzunmüddətli əməkdaşlıq planlaşdırır.
Qeyd edək ki, Fermín Lopes bu mövsüm göstərdiyi performansla diqqət mərkəzinə düşüb və bir sıra klubların maraq dairəsinə düşüb.


