Misli Premyer Liqasının XVII turunda "Neftçi" - "Zirə" matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında matçı şərh edib:
"Neftçi" üçün də qələbənin necə vacib olduğunu anlayırdıq. Ciddi hazırlaşmışdıq. İlk hissədə daha çox taktiki mübarizə getdi. İkinci hissədə daha sürətli, açıq oyun getdi. Yaxşı epizodlarımız oldu, dəqiq olsaydıq, 3 xala da nail ola bilərdik. "Zirə" bu gün qələbə qazanmaq, 3 xal əldə etmək istəyirdi. Bilirdik ki, qarşımızdakı "Neftçi"dir. Rəqibin baş məşqçisi yenidir, bizimlə matça hazırlaşmışdılar. Su sistemi işləmirdi, meydança sulanmamışdı. Bu da hər iki komandanın performansına təsir etdi. Bugünkü oyun kubokdakı matçdan daha çətin idi".


