Avropada yaradılması planlaşdırılan "NBA Europe" layihəsi ilə bağlı yeni detallar üzə çıxıb.

Offsideplus.az xəbər verir ki, “Barselona”, “Real Madrid” və “Bayern” yeni liqanın 12 təsisçi klubu sırasında yer alacaq.

NBA rəhbərliyi yeni turnirdə İngiltərə təmsilçisinin də iştirak etməsində maraqlıdır. Lakin bir sıra klublar layihəyə qoşulmağa ehtiyatla yanaşır. Buna səbəb ilkin investisiyanın yüksək olması, əməliyyat xərcləri və ilk illərdə gəlirlərin qeyri-müəyyənliyidir.

NBA daxilində hesab edilir ki, "NBA Europe" ilk illərdə ciddi mənfəət gətirməyə bilər. Bununla belə, liqada yer alacaq və daha əvvəl Avroliqada çıxış etmiş klubların mövcud heyətlərini qoruyacağı, yəni komandaların sıfırdan qurulmayacağı gözlənilir. Bu isə keçidin daha stabil və mərhələli şəkildə aparılmasına imkan verəcək.

Qeyd olunur ki, "NBA Europe" layihəsi uzunmüddətli perspektivdə Avropa basketbolunun kommersiya və idman səviyyəsini yüksəltməyi hədəfləyir.