"Fənərbağça" daha bir transferi tamamlamaq üzrədir.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" "Everton"un hücumçusu Betonu heyətinə cəlb etməyə yaxındır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Braziliyalı futbolçunun meneceri klubun rəhbərliyi ilə danışıqlar aparmaq üçün İstanbula gəlib.
Qeyd edək ki, "Fənərbağça" onu komandadan ayrılacağı gözlənilən Yusuf En-Nesiriyə əvəzləyici kimi görür.
Beto 2023-cü ilin yayından "Everton"da çıxış edir. O, cari mövsüm Premyer Liqada 22 oyunda 2 qol vurmağı bacarıb.


