"Kəpəz" Azərbaycan I Liqasının bombardirini transfer etməyə hazırlanır.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi "Gəncəbasar"ın hücumçusu Dilan Aşimi ilə yaxından maraqlanır. Bu keçidin qış transfer pəncərəsində baş tutacağı gözlənilir.
Qeyd edək ki, kamerunlu hücumçu hazırda vurulan 8 qolla I Liqanın bombardirlər siyahısına başçılıq edir.
21 yaşlı futbolçu "Gəncəbasar"ın cari mövsümdə vurduğu 9 qoldan 8-nə imza ataraq komandasının əsas silahına çevrilib.


