“Sabah” Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda “Slaviya”nı (Praqa) qəbul edəcək. 

Offsideplus.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov iştirak edib:

“Sabah tarixi görüş olacaq. İlk ev oyunumuz olacaq. Ümid edirəm stadion dolar.

Azarkeş tutumu çoxdur. Daha çox azarkeş gəlsə, daha yaxşı olar".

Daşdəmirov meydançanın durumu haqqında da danışıb:

“Burada bir dəfə məşq etmişik. Stadionun ot örtüyü çox yaxşı vəziyyətdədir”.

Qeyd edək ki, "Sabah" - "Slaviya görüşü sabah Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.