Amin Seydiyevdən yubiley matçına çıxıb
Offsideplus.az xəbər verir ki, “Zirə”nin müdafiəçisi Amin Seydiyev Misli Premyer Liqasında 200-cü oyununu keçirib.
27 yaşlı futbolçunun yubileyi Misli Premyer Liqasının 7-ci turunda “Şamaxı” ilə qarşılaşmaya (1:1) təsadüf edib. Müdafiəçi meydana start heyətində çıxıb.
2018/19 mövsümündə Premyer Liqada debüt edən Seydiyev indiyədək 200 matçda 6 qol vurub. O, bu müddətdə üç klubun formasını geyinib. Futbolçu “Qəbələ”də 31 oyunda 1, “Sabah”da 162 matçda 5 qol vurub. Seydiyev “Zirə”nin heyətində isə 6 dəfə meydana çıxıb.


