Babək Quliyev UEFA-dan təyinat alıb

Offsideplus.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA Gənclər Liqasının oyunu üçün təyinat alıb.

O, liqa mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Slaviya” (Çexiya) qarşılaşmasında hakim-inspektor kimi fəaliyyət göstərəcək. B.Quliyev Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək.

Qeyd edək ki, görüş oktyabrın 13-də “Bank Respublika Arena”da keçiriləcək. Qarşılaşma saat 15:00-da başlayacaq.