"Bavariya Münhen"in prezidenti Herbert Hayner bu il "Qızıl top" mükafatını hansı futbolçuya verəcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Hayner müsahibəsində həm Harri Keynin, həm də Maykl Olisenin bu mükafata layiq olduğunu bildirib. "Hər iki futbolçu – Maykl və Harri – bu mükafatı haqq edir. Amma mən onu Harri Keynə verərdim. Maykl Olisenin qarşıda hələ uzun illəri var ki, bu mükafatı qazansın", – deyə Hayner qeyd edib.


