"Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsində ikinci oyununa çıxır. Rəqib Çexiyanın "Slaviya" (Praqa) komandasıdır.

Görüşlə bağlı fikirlərini "Qarabağ" akademiyasının koordinatoru Aftandil Hacıyev Offsideplus.az-la bölüşüb:

"Əlbəttə, püşk "Sabah" üçün çətin oldu. Amma "Slaviya" və "Vikinq"lə matçlarda xal və ya xallar qazanmaq haqqında düşünmək olar. "Sabah" ÇL-də debüt edir və istənilən nəticə böyük təcrübə baxımından uğurlu sayılmalıdır. Doğma azarkeş amilini də nəzərə alsaq, şanslı tərəf kimi "Sabah"ı görmək olar. Tribunalarda 60 min azarkeş gözlənilir və onların dəstəyi komandamızın gücünə güc qatacaq. Rəqibə gəlincə, "Slaviya" ÇL-ə vəsiqə qazanana qədər İsrail və Danimarka çempionlarını 4-5 qol vuraraq məğlub edib, hücumda çox təhlükəlidirlər. Buna baxmayaraq, "Sabah"ın digər oyunlarda da xal qazanmaq şansı var".

Qeyd edək ki, görüş sabah saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.