Avropa Su İdman Növləri Federasiyasının (European Aquatics) prezidenti, portuqaliyalı Antoniu Silva həmyerlisi Kriştianu Ronaldonun məşhurluğundan söz açaraq, onu dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, təşkilat rəhbəri mətbuata müsahibəsində futbolun digər idman növlərindən fərqləndiyini vurğulayıb:
"Üzgüçülükdə Kriştianu Ronaldo ilə müqayisə olunacaq idmançı var? Ümumiyyətlə, ona həddən artıq diqqət ayrılmır ki? Futbol sadəcə idman deyil, bir dindir. Dünyanın ən yaxşı futbolçusunun Kriştianu Ronaldo olduğuna heç bir şübhə yoxdur. Messini unudun.
Su idman növlərində də çoxlu ulduzlar var. Biz öz növlərimizin ulduzlarını təbliğ etmək üçün daha çox səy göstərməliyik. Bu vasitə ilə idmanın özünü də irəli apara bilərik".


