“Rəqibin ilk oyununda qeyri adi nə isə görmədim"
Bu fikri Offsideplus.az-a Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” - “Hapoel Beer-Şeva” matçı haqqında açıqlamasında Zaur Ramazanov deyib:
“Sabah” mərhələni keçəcək. Onlardan daha yaxşıyıq. Həmçinin evdə oynayırıq. “Hapoel” “fantan” deyil, keçiləsi rəqibdir. Rəqibin ilk oyununda qeyri adi nə isə görmədim. “Sabah”a inanıram, uğurlar arzu edirəm”.
Qarşılaşma 20:45-də start götürəcək.


