“Adaptasiyam uzun çəkmədi”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan basketbol millisinin üzvü Ercan Donat deyib.
"LANDAU Lions" klubuna transfer olan oyunçu yeni komandası ilə bağlı fikirlərini bölüşüb:
“Onsuz da keçən il qarşı-qarşıya oynadığım çox basketbolçu var idi, məşqçimizi də tanıyırdım. Ona görə də mənim üçün uyğunlaşmaq asan oldu. Klubumuzun hədəfləri Avropada uğur qazanmaq və liqanı mümkün qədər yaxşı pillədə başa vurmaqdır”.
Donat Azərbaycan basketbolun inkişafı ilə bağlı da fikirlərini bölüşüb: “Klublarımız Avropa kuboklarında artıq mütəmadi iştirak etməyə başlayıblar. Məncə, bu, Azərbaycan basketbolunun inkişaf etdiyinin ən böyük göstəricilərindən biridir”.
Qeyd edək ki, Ercan Donat son olaraq "Şəki"də çıxış edib. Onunla 1 mövsümlük anlaşma əldə olunub.


