“Sabah” çox yaxşı komandadır".

Offsideplus.az xəbər verir ki, bu sözləri İsraildən olan həmkarımızın Liat Bitan deyib. 

Channel 1-ın müxbiri Bakı haqqında bunları deyib: 

“Bu mənim ilk günümdür, amma Bakı möhtəşəm görünür. Oyuna görə çox həyəcanlıyam. Hələlik buradan zövq alıram. İnsanlar da çox yaxşıdır, mənə kömək edirlər. Həqiqətən, çox mehribandırlar”.

Komandaların şansları haqda söhbət açılarkən: 

“Qorxuram. Açığı deyim ki, mən “Hapoel Beer-Şeva”nın azarkeşiyəm. Ona görə də bəxt gətirsin deyə komandamın adını çəkməyəcəyəm. Amma düşünürəm ki, “Sabah” çox yaxşı komandadır və onlar sabah bunu bacara bilərlər”.

Qeyd edək ki, görüş bu gün 20:45-də start götürəcək.