Misli Premyer Liqasının VII turunda bu gün "Sumqayıt" "Turan Tovuz"u qəbul edib.
Offsideplus.az xəbər verir ki, görüş Tovuz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Saşa İliçin çalışdırdığı "Sumqayıt" 11 xalla beşincidir. Onlar son 3 görüşdə qələbə qazana bilməyib.
Tovuz təmsilçisi hazırda 15 xalla 1-ci yeri tutur.
Misli Premyer Liqası, VII tur
4 oktyabr (şənbə)
19:30. “Sumqayıt” - “Turan Tovuz” 0:3
Qol: Joarlem Santos, 35. Aleks Souza, 59.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu



