"İmişli"nin qapıçısı Yusif İmanov Misli Premyer Liqasının II turunda "Zirə" ilə matçda (1:3) yüksək dəstədə 100-cü oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmada buraxılan ikinci top qolkiperin çempionatlardakı 100-cü buraxdığı qolu olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Karyerası ərzində 3 klubun ("Sabah"da 80 oyuna 75 qol, "Kəpəz"də 18 oyuna 23 qol, "İmişli"də 2 oyuna 3 qol) çıxış edən Yusif 100 oyunda 101 top buraxıb.
O, çempionat tarixində 100 və daha çox matç keçirən 458-ci futbolçu, bu göstəriciyə çatan 39-cu qapıçı kimi düşüb.


