“Düzdür, hazırlığa daha tez başladıq. Avrokuboklardan 1 ay keçib. “Sumqayıt”la da yaxşı oynadıq. Bu gün “Neftçi”nin günü idi. “Araz-Naxçıvan” kifayət qədər yenilənib. Məşqçiləri və futbolçuları tanıyıram. Ehtiyatlı olmağı demişdim. İlk hissədə yaxşı pressinq edirdik. Buna görə belə hesab alındı. “Araz”a uğurlar arzu edirəm, “Neftçi” ilə oyundan başqa”.

Offsideplus.az xəbər verir ki, bu fikri Misli Premyer Liqasının 2-ci turunda keçirilən "Neftçi" - "Araz-Naxçıvan" (5:0) oyunundan sonra Yuri Vernidub bildirib.

Qaçırılan epizodlar barədə: 

“İlk hissədə 4:0 öndə başa çatandan sonra kökləmək çətin olur. Emil Balayev 3 kritik seyv etdi, 1 təkbətək çıxardı. Bu o deməkdir ki, nələrinsə üzərində işləməliyik ki, belə epizodlar yaranmasın”.

Uğurlu start haqqında: 

“Komandadakı oyunçulara təşəkkür edirəm. “Dinamo” ilə oyundan sonra həyəcan keçirirdim, amma yaxşı oynayırıq. Ən önəmlisi budur. “Zirə” ilə səfər də çətin olacaq. “Göylərdə uçmaq” üçün tezdir”.

Əvəzedici komandaın üzvü Aslan Şirinov haqqında: 

“Üç yetirməmiz bizimlə məşq edir. Gənclərə və məşqçilərinə kömək etmək istəyirəm. Qələbəli, bir ömürlük xatirə oldu onun üçün. Üzərində daha çox çalışmalıdır. İstedadlı, sürətli və istəkli futbolçudur. Düşündüm ki, şans vermək lazımdır”.