Misli Premyer Liqasında II tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" "Şamaxı"nı qəbul edib.
Tovuz təmsilçisi çempionata qələbə ilə başlayıb və ardıcıl ikinci qalibiyyəti əldə etmək istəyirdi.
İlk oyunda "Qarabağ"a məğlub olan "Şamaxı" isə ilk xallarını qazanmaq arzusunda idi.
Lakin görüşdə tərəflərin cəhdlərinə baxmayaraq, qol olmadı.
MPL, II tur
23 avqust (bazar)
18:30 “Turan Tovuz” 0:0 “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu


