"Liverpul"un baş məşqçisi Andoni İraola İngiltərə Premyer Liqasının ilk turunda "Nyukasl"la 2:2 hesablı heç-heçə barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, İraola komandasının məğlubiyyəti haqq etmədiyini bildirib: "Düşünmürəm ki, biz uduzmağa layiq idik və futbolçuların səylərini yüksək qiymətləndirirəm. Statistikaya baxmamışam, amma əminəm ki, bizdə daha çox qol imkanı və digər üstünlüklər var idi. Birinci hissədə cərimə meydançasına tez-tez daxil olurduq, sadəcə hücumları tamamlayıb qola çevirə bilmirdik. Bir çox dəfə topa sahib idik, lakin bəzən artıq düşünürdük, halbuki sadəcə zərbə vurmaq lazım idi, hətta ilk toxunuşdan. Dəyişiklikdən meydana daxil olan oyunçular bizə enerji verdi. Onların daha yaxşı və ya pis oynadığını deyə bilmərəm, amma komandaya əlavə güc qatdılar. Hiss olunur ki, istədiyimiz oyunu 90 dəqiqə hər kəs davam etdirə bilmir, buna görə ehtiyatdan gələnlərin enerjisinə ehtiyacımız var və bu gün bunun effektini gördük".


