Türkiyənin "Qalatasaray" klubu növbəti transfer üçün çalışmaları davam etdirir.
Offsideplus.az xəbər verir ki, "Aslanlar" "Tottenhem Hotspur"un 23 yaşlı seneqallı yarımmüdafiəçisi Pape Sarr ilə şəxsi müqavilə şərtlərində tam razılıq əldə edib. Futbolçunun London klubundan ayrılması reallaşmaq üzrədir.
-
Şəxsi şərtlər həll olunub: Seneqallı yarımmüdafiəçi İstanbul təmsilçisinin təklifini qəbul edərək keçidə yaşıl işıq yandırıb.
-
"Tottenhem"in qiymət tələbi: London klubu "Qalatasaray"ın təqdim etdiyi 20 milyon avroluq son təklif də daxil olmaqla 2 rəsmi müraciəti rədd edib. İddialara görə, onlar bu transfer üçün ümumilikdə 25 milyon avroluq paket tələb edir.
-
Ciddi rəqabət var: 23 yaşlı orta sahə oyunçusu ilə təkcə "Qalatasaray" deyil, həmçinin İngiltərə Premyer Liqasından "Everton", "Nottingem Forest", "Aston Villa" və Səudiyyə Ərəbistanından "Əl-Əhli" klubları da yaxından maraqlanır.



