Türkiyənin "Trabzonspor" klubu İngiltərə Premyer Liqasının daha bir ulduzu üçün rəsmi danışıqlara başlayacaq.

Offsideplus.az xəbər verir ki, onlar "Tottenhem Hotspur"un braziliyalı hücumçusu Rişarlisonu heyətinə qatmaq variantlarını araşdırmağa başlayıb.

  • Bordo-mavililər "Tottenhem"in tələb etdiyi transfer haqqını, futbolçunun maaş istəklərini və Türkiyəyə gəlmək ehtimalını dəyərləndirir.
  • "Everton" da danışıqlar aparır: Braziliyalı ulduzun sabiq klubu "Everton" da bu keçiddə iddialıdır.
  • Məlumata görə, Rişarlison "Everton"a geri dönmək variantına daha açıq və müsbət yanaşır.