Misli Premyer Liqasında II turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, turun qapanış matçında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.

"Ağ-qaralar" ilk oyunda qələbə qazanmağı bacarıb. Naxçıvanın təmsilçisi isə heç-heçəyə imza atıb.

Qeyd edək ki, bu tur keçirilməli olan “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları təxirə salınıb. "Sabah" Çempionlar Liqası, "Qarabağ" isə Konfrans Liqasındakı oyunlarına görə PFL-ə bu barədə müraciət edib və qurum bu qərarı verib.

MPL, II tur

23 avqust (bazar)

20:45 “Neftçi” 5:0 “Araz-Naxçıvan”

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Emin Cəfərov

“Neftçi Arena”