"Nyu-York Niks"in sabiq baş məşqçisi Derek Fişer klubun keçmiş prezidenti Fil Ceksonun məşhur üçbucaq hücum sxemini tətbiq etməsini israrla istədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, komandanın heyəti bu sistemə uyğun olmasa da, Cekson hər addımı nəzarətdə saxlayırdı və bu, nəticə vermirdi.
Fişer ilk mövsümündə "Nyu-York Niks"lə cəmi 17 qələbə qazanıb. Növbəti mövsümdə isə onun istefası zamanı komandanın nəticəsi 23-31 olub. "Məni buna məcbur etmirdilər, amma açıq şəkildə bu gözlənilirdi. Bu, hər bir işin bir hissəsidir. Başqaları üçün işləyəndə onlar nə istədiklərini aydın göstərirlər", – deyə Fişer qeyd edib.
O əlavə edib ki, Cekson məşqləri yaxından izləyir, Karmelo Entoni və Amare Stoudemayr kimi oyunçular fərdi oyun və pik-n-rolla üstünlük verməyə çalışanda narazılığını bildirirdi.
"Hər hansı səviyyədə, əgər kimisə idarəçi kimi işə götürürsənsə, hər addımı həddindən artıq nəzarət edəndə bu, işləməyə başlayır. Bu, işi görənlərə mane olur. Məncə, o dövrdə Fil də rəhbər olmağı öyrənirdi. Uzun illər məşqçi olub, amma komandanı meydançadan kənarda idarə etmək tamamilə başqa bir şeydir. Qələbə və ya məğlubiyyətə bir çox amil təsir edir", – deyə Fişer vurğulayıb.


