İngiltərənin sabiq müdafiəçisi Qari Nevill "Arsenal"ın ardıcıl ikinci dəfə Premyer Liqa çempionu olacağını düşünür.
Offsideplus.az xəbər verir ki, Nevill yeni mövsümün əvvəlində liqada böyük dəyişikliklərin və qeyri-müəyyənliyin olduğunu bildirib. O qeyd edib ki, "Arsenal" bu mövsüm böyük fərqlə çempion olmalıdır. "Tottenhem"in məğlubiyyəti, "Mançester Yunayted"in uduzması, "Liverpul"un az qala xal itirməsi və "Mançester Siti"nin çətinliklə qələbə qazanması onun fikirlərini təsdiqləyib.
Nevill əlavə edib: "Hazırda "Arsenal" özünü çox inamlı hiss edir. Mən heç vaxt bu qədər əmin olmamışdım – mövsümün sonunda yanıldığımı etiraf edə bilərəm, amma ilk oyundan sonra tam əminəm ki, bu komanda Premyer Liqanın çempionu olacaq".
O, həmçinin "Çelsi"nin heyətinin gücü, avrokuboklarda iştirak etməməsi və baş məşqçinin səviyyəsi sayəsində ikinci yeri tutacağını bildirib. Nevill vurğulayıb ki, "Çelsi"nin bu mövsüm "Arsenal"la rəqabət aparmaq və ikinci pilləni tutmaq üçün əla şansı var.


