Misli Premyer Liqasının II turu "Neftçi" üçün əlamətdar göstərici ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, "Araz-Naxçıvan"ı 5:0 hesabı ilə darmadağın edən Bakı təmsilçisi ölkə çempionatlarındakı 300-cü ev qələbəsinə sevinib.
Doğma azarkeşləri önündə keçirdiyi 492-ci matçda bu yubileyə çatan "ağ-qaralar" öz meydanında keçirdiyi digər görüşlərdən 113 heç-heçə və 79 məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, paytaxt klubunun evdəki ilk qələbə tarixi 1992-ci il mayın 8-nə təsadüf edir. Həmin matçda "Neftçi" Sumqayıt "Xəzər"ini minimal hesabla (1:0) üstələmişdi.


