Nikola Vuçeviç "Boston Seltiks"də keçirdiyi mövsümdən sonra Ceylen Braunun "Filadelfiya Seventi Siksers"ə transferini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mərkəz oyunçusu komanda daxilində Ceyson Teytum və Ceylen Braun arasında heç bir gərginlik hiss etmədiyini bildirib: "Bəzi əlamətlər var idi, əsasən də böyük müqavilələr və NBA-nın yeni qaydaları səbəbindən komandanı qurmaq çətinləşirdi. Teytum və Braunun yüksək məvacibləri səbəbindən heyətin qalan hissəsini uyğunlaşdırmaq asan deyildi. Amma orada olduğum müddətdə oyunçular arasında heç bir problem və ya narazılıq hiss etmədim. Açığı, transfer baş verəndə hamı kimi mən də təəccübləndim. Mətbuatda bu barədə çox yazılırdı, amma adətən yazılanların çoxu reallaşmır. Ola bilsin, sadəcə vaxtı çatmışdı. Onlar on il bir yerdə oynadılar və böyük uğurlar qazandılar. Bəlkə də artıq bu yolun sonuna gəlmişdilər və nəsə dəyişməli idi. Komandanın yenilənməsi və fərqli istiqamətə yönəlməsi lazım gəlirdi".


