"Mançester Siti” Frenki de Yonqun transferi ilə bağlı "Barselona”ya müraciət edib.

Offsideplus.az xəbər verir ki, İngiltərə klubu niderlandlı yarımmüdafiəçini bu həftə heyətinə qatmaq niyyətindədir. 

"Barselona" niderlandlı yarımmüdafiəçi üçün 65 milyon avro tələb edir.

De Yonq 2019-cu ildən katalon klubunda çıxış edir. O, burada 297 oyun keçirib və 20 qol vurub.