Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı və festivalında ölkəmizi təmsil edəcək milli komandanın formalaşdırılması üçün seçimlər sürətlə davam edir.
Offsideplus.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən üçgünlük seçim turnirində ötən mövsümün ilk 7 pilləsində yer alan klublarla yanaşı, "Turan Tovuz" və "Kəpəz" də mübarizə aparıb.
AFFA-nın texniki direktoru Edmond Klaus və Məşqçilər Komitəsinin rəhbərliyi ilə baş tutan turnirin qalibi "Neftçi" olub. "Sabah" ikinci, "Qarabağ" isə üçüncü yeri tutub.
Növbəti mərhələdə digər klublar da prosesə cəlb olunacaq. Həmin klublar 2011 və 2012-ci il təvəllüdlü ən perspektivli 3 futbolçusunu avqustun 28-29-da keçiriləcək seçimlərə təqdim edəcəklər.
Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı 22-31 oktyabr tarixlərində Bakıda təşkil olunacaq.


