UFC-də çıxış edən Umar Nurmaqomedov bildirib ki, MMA-da idmançıların çox az hissəsi yaxşı qazanc əldə edə bilir. 

Offsideplus.az xəbər verir ki, Onun sözlərinə görə, bu sahədə uğur qazanmaq və böyük məbləğdə pul qazanmaq üçün peşə seçiminə ciddi yanaşmaq lazımdır.

Nurmaqomedov bu barədə danışarkən qeyd edib: "Çox az döyüşçü yaxşı qonorar ala bilir, ona görə də peşə seçiminə diqqətlə yanaşmaq lazımdır. Bu, olduqca çətin yoldur. Düzdür, lotereya deyil, amma hər döyüşçünü UFC-yə dəvət etmirlər, hər kəs ilk onluğa düşə bilmir, hər kəs titul döyüşünə çıxmır. Hər şeyi ölçüb-biçmək lazımdır. Dastin Puaryenin dediyi kimi: "Ən yaxşısı oxumaqdır"."

Umar növbəti döyüşünü 29 avqustda Şanxayda keçiriləcək UFC turnirində Sun Yadunla keçirəcək.