Konor Makqreqor Maks Holloueylə qarşılaşmadan əvvəl nə düşündüyünü bölüşüb. O bildirib ki, məşqlərdə uğurla yerinə yetirdiyi bir hərəkəti döyüşdə də tətbiq etmək istəyib və qəfəsə çıxanda ilk raundun başlanğıcında dərhal irəli atılıb, Holloueyin çənəsinə ayaq zərbəsi endirməyi planlaşdırıb. Makqreqor bu cür hərəkəti ilk dəfə etdiyini deyib.

Offsideplus.az xəbər verir ki, UFC 329-da Holloueyə qarşı döyüşdə Makqreqor zədə alıb. Onun sözlərinə görə, həmin qarşılaşmada çarpaz bağlarını və meniskini zədələyib. Makqreqor qayıdışı ilə bağlı bildirib ki, tələsmək fikrində deyil və bərpa üçün kifayət qədər vaxtı var.