"Bu gün yaxşı komandaya qarşı oynadıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Kəpəz" "Qəbələ" matçından sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov deyib.

Mütəxəssis komandasının qələbəsini (1:0) şərh edib:

"Biz hər oyunda qalib gələcək qədər güclü deyilik. Hər oyunda qələbə qazanmağı qarşımıza məqsəd qoyuruq. Ümid edirəm ki, azarkeşlərimiz güclü “Kəpəz” görəcəklər. Məşqçinin kimliyindən asılı olmayaraq, güclü komanda formalaşdırmaq üçün zaman lazımdır. Ancaq bu halda güclü və iddialı “Kəpəz”i geri qaytara bilərik.

“Qəbələ”ni düzgün təhlil etmişdik və rəqibin əsas futbolçularını zərərsizləşdirdik. Yaxşı oyun nümayiş etdirdik".